Accessibility links

BMT Yəmənə qarşı qətnaməni nəzərdən keçirir


BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı nəzərdən keçirdiyi qətnamədə şiə Huti üsyançıları istefa verməyə, hakimiyyətdən devrilmiş prezidenti Abed Rabbo Mansur Haid və Kabinet üzvlərini azad etməyə, eləcə də BMT-nin başçılıq etdiyi danışıqlarda xoş məram göstərməyə çağırılır.

Diplomatların sözlərinə görə, qətnamənin çatışmazlığı ondan ibarətdir ki, orada hərbi müdaxiləyə icazə verən BMT-nin Yeddinci Maddəsinin qeyd edilmir.

Bu ayın əvvəlində hakimiyyəti ələ keçirən Hutilər parlamenti buraxaraq, özlərinin yeni idarəçilik qurumunu təsis ediblər. Onlar korrupsioner rəsmilərə qarşı inqilab həyata keçirdiklərini deyirlər. Prezidenti və onun kabinet üzvləri üsyançıları nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

Dünən on minlərlə yəmənli şiə müsəlman Huti hərəkatının hakimiyyəti ələ almasına etiraz olaraq nümayiş keçirib. Mərkəzi İbb şəhərində Huti silahlıları nümayişçilərə atəş açaraq 4 nəfəri yaralayıb.

XS
SM
MD
LG