Accessibility links

BMT Təhlükəsizlik Şurası Yəmənə silah embarqosu tətbiq edib


BMT Təhlükəsizlik Şurası Yəməndə Huti şiə üsyançıların liderlərinə qarşı silah embarqosu tətbiq edib və qrupun paytaxt Səna və ölkədə ələ keçirdiyi bütün ərazilərdən geri çəkilməsini tələb edib.

Qətnamə Təhlükəsizlik Şurasında 14 lehinə səslə qəbul edilib. Rusiya səsvermə zamanı bitərəf qalıb.

İordaniya və Körfəz ölkələrinin hazırladığı sənəddə üsyançıların lideri Əbdül Məlik Əl-Huti və Hutilərə dəstək verən keçmiş prezidentin oğlu Əhməd Əli Abdulla Salehin səfərlərinə qadağa qoyulması və onların hesablarının dondurulması nəzərdə tutulur.

Təhlükəsizlik Şurası artıq keçmiş prezident və Hutilərin iki yüksək səviyyəli liderinə qarşı qadağalar tətbiq edib. Yeni qətnamədə bütün beş nəfərə qarşı silah embarqosu tətbiq edilib.

Rusiyanın səsvermədən öncə Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi veto hüququndan istifadə edib-etməyəcəyi aydın deyildi. Rusiya silah embarqosunun münaqişədə bütün tərəflərə tətbiq edilməli olduğunu bildirib.

XS
SM
MD
LG