Accessibility links

BMT Huti üsyançılarının Birləşmiş Ərəb Əmirliklərinin gəmisinə hücumunu qınayıb


Prezident Abd-Rabbu Mansur Hadinin rəhbərlik etdiyi Yəmən hökumətini dəstəkləyən BMT-nin Təhlükəsizlik Şurası Yəmənin sünni liderinin prezidentliyini qorumağa çalışan müttəfiqinin gəmisinə edilən hücumu qınayıb.

Təhlükəsizlik Şurası Huti üsyançılarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmiyə hücumundan bir neçə gün sonra bəyanatla çıxış edib. Keçən həftə baş vermiş hadisə zamanı təlafatın olmadığı bildirilir.

BMT-nin insan haqları üzrə yüksək səviyyəli rəsmisi beynəlxalq ictimaiəti Yəməndə baş verən humanitar böhrana diqqət verməyə çağırıb.

Təşkilatın rəsmisi Stiven Obrayn bildirib ki, BMT 2015-ci ildən Yəmən xalqının təhlükəsizliyinin təmin edilməsi və dəstəyin artırılması səylərini davam etdirir. Lakin o əlavə edib ki, dəstəyin gücləndirilməsi üçün maliyyə çatışmazlığı kimi problem mövcuddur.

Ümümdünya Ərzaq Proqramı təşkilatının sözçüsü bildirib ki, agentliyin 145 miliyon dollar məbləğində vəsaitə təcili ehtiyacı var. Təşkilat Yəməndə 6 miliyona yaxın insana ildə altı dəfə ərzaq yardımı edir.

2014-cü ildən bəri Yəməndə münaqişə nəticəsində 10 mindən çox mülkü vətəndaş həyatını itirib, 12 miliyon insan humanitar böhran qarşısında qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG