Accessibility links

BMT: Yol təhlükəsizlik qaydaları miliyonlarla insanların həyatını xilas edə bilər


BMT-nin hesabatına əsasən hər yol qəzalarında 1.25 miliyon insan həlak olur. Təşkilat deyir ki, yollarda təhlükəsizlik ölçülərinin gücləndirilməsi həyatları xilas edə bilər.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bildirir ki, 15-29 yaşları arasında ölümə başlıca səbəb yol qəzalarıdır.

Yol qəzaları gənclər arasında ölümün başlıca səbəbi sayılır.
Yol qəzaları gənclər arasında ölümün başlıca səbəbi sayılır.

Təşkilat yol və avtomobillərdə təhlükəsizlik qaydaların tətbiqi və onlara riayətin məhsuldur. Açıqlanan hesabatda dünyada təxminən 20-50 miliyon arasında insannın yol qəzalarında xəsarət aldığı qeyd olunur.

Təşkilatın məlumatına əsasən 1,25 miliyon insan ölümlərinin 90 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Həmin ölkələrdə avtomobillərin sayı dünyadakı avtomobillərin sayının sadəcə 54 faizini təşkil edir. Hesabat Afrikanı 43 faizlə ölüm hallarının ən çox yaşandığı kateqoriyaya daxil edir.

BMT-nin Avropa üzrə İqtisadi Kommissiyasının rəhbəri Kristian Friis Bax bildirir ki, bu ölüm və xəsarətlər ailələr üçün fiziki itki olmaqla yanaşı, həm də cəmiyyət üçün də maddi itkidir. O deyir ki, cəmiyyətlər həmin qəzalarda xəsarət alıb, əmək qüvvəsini itirən şəxslərin tibbi xərclərini ödəmək məcburiyyətindədirlər.

Avtomobil qəzalarındakı ölümlərin 90 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür.

Cənab Bax bildirir ki, yol qəzalarının qarşısını almağın yolları hamıya məlumdur və avtomobil sənayesi Avropa və Amerikaya satdıqları avtomobilləri təhlükəsizlik baxımından necə istehsal edəcəklərini yaxşı bilirlər.

"Lakin onların Afrika və Latın Amerikasına satdıqları avtomobillərdə təhlükəsizlik xüsusiyyətinə əməl olunmur. Onlar hava yastığını avtomobildən ixtisar edirlər. Gövdəsini zəif düzəldirlər. Onlar ucuz başa gələcək avtomobil istehsal edirlər ki, tamamilə bizim Avropada gördüyümüz avtomobildən fərqlənmir. Beləliklə yol qəzası baş verdiyində insan təlafatı olur," Bax bildirir.

Bax deyir ki, avtomobil istehsalçılarına təhlükəsizlik xüsusiyyətlərini əlavə etmək üçün hər avtomobilə 200 dollardan az məbləğə başa gəlir.

O deyir ki, Afrikada yol hərəkəti qaydalarının düzgün nümayiş olunmaması da piyadaların həyatlarını itirməsinə gətirib çıxarır. Bax Dünya Bankı, Afrika İnkişaf Bankı və digər beynəlxalq institutların həmin ölkələrdə infrastruktura investisiya qoyduğunu xatırladır. Və əlavə edir ki, bu təşkilatlar həmçinin yol təhlükəsiz qaydaları üçün lazımı ölçüləri götürməyi unutmamalıdırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG