Accessibility links

Özbaşına Həbslər: BMT ekspertləri Azərbaycana ilk rəsmi səfərə başlayırlar


BMT-nin binası
BMT-nin binası

İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək

Mayın 16-dan 25-dək Azərbaycanda azadlıqdan məhrum etmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu ölkəyə ilk rəsmi səfərini edəcək.

BMT-nin Bakı ofisindən Amerikanın Səsinə verilən məlumata görə on gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - İşçi Qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə görüşlər keçirəcəklər.

Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.

Eksperlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşaiyət edəcək.

İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

İşçi Qrupu dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir: Baş Məruzəçi c-b Setondci Roland Adcovi (Benin); Kommunikasiyalar üzrə sədrin müavini c-b Xose Qevara (Meksika); İzləmə üzrə sədrin müavini x-m Li Tumi (Avstraliya); c-b Seonq-Fil Honq (Koreya Respublikası) və c-b Vladimir Toçilovski (Ukrayna).

Ekspert qrupu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası tərəfindən yaradılmışdır. Sığınacaq axtaran şəxslər və köçkünlərin inzibati saxlama hallarını əhatə etmək üçün 1997-ci ildə Komissiya Qrupun mandatını dəqiqləşdirib və uzadıb. 2013-cü ilin sentyabrında İnsan Hüquqları Şurası İşçi Qrupunun mandatını təsdiq etmiş və daha üç il müddətinə uzatmışdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG