Accessibility links

BMT Baş katibi: Gənclər dönüş yarada biləcək gücə malikdir


Gənclər günü

Gənclər günü

12 avqust Beynəlxalq Gənclər Günüdür. “Qlobal iqtisadi böhran gənclər üçün çox ağır zərbə oldu və təbii olaraq, bir çoxları artan bərabərsizliklər nəticəsində ruhdan düşüb”.

Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür. BMT Baş katibi Pan Gi Munun müraciətində deyilir ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan gənc nəsil bütün insanların rifahını yaxşılaşdırmaq üçün inanılmaz gücə malikdir. Lakin ali təhsilli gənclər də daxil olmaqla, bir çox gənc aşağı əmək haqqı, gələcəyi olmayan işlər və işsizliyin rekord səviyyədə olmasından əziyyət çəkir.

“Qlobal iqtisadi böhran gənclər üçün çox ağır zərbə oldu və təbii olaraq, bir çoxları artan bərabərsizliklər nəticəsində ruhdan düşüb. Gənclərin böyük bir hissəsinin gələcək üçün perspektivləri yoxdur və öz ölkələrində siyasi, sosial və inkişaf proseslərindən uzaqlaşdırılıb. Təxirəsalınmaz tədbirlər görülmədən, biz israf olunmuş istedad və arzulardan ibarət "itirilmiş nəsil" yaratmaq riski ilə üzləşirik”, - deyə sənəddə qeyd olunur.

Baş katib həmçinin bildirir ki, gənclər dönüş yarada biləcək gücə malikdir. “Onlar istər ictimai meydanlarda, istərsə də kiberməkanda dəyişikliyin yaradıcı, bacarıqlı və həvəsli agentləridir. Azadlıq, demokratiya, bərabərlik və Davamlı İnkişaf üzrə Rio +20 BMT Konfransına dəstək olmaqda qlobal səfərbərliyə nail olmaq səyləri baxımından, gənclər tarixi cərəyanda dəyişiklik etmək və qlobal çətinlikləri həll etmək üçün öz güc və istəklərini hələ də fəal şəkildə nümayiş etdirir”.

Gənc kişi və qadınlar passiv mənfəətçilər yox, bərabər hüquqlu və effektiv tərəfdaşlardır. Onların istəkləri gördükləri işləri ötüb keçməkdədir. “Gənclər də masa arxasında öz yerlərinə və həyatlarını formalaşdıran qanunların qəbul olunmasında real bir səsə sahib olmaq istəyir. Biz gəncləri dinləməyi bacarmalı və onlarla təmasda olmalıyıq. Bizə gənclərin iştirakı üçün daha çox və daha güclü mexanizmlər yaratmaq lazımdır. Gənclərin səsini daha anlamlı şəkildə bütün səviyyələrdə qərarların qəbul edilməsi prosesinə əlavə etmək zamanı gəlib çatmışdır”, baş katib xatırladır.

Pan Gi Mun hesab edir ki, dünyada, gəncləri əhatə edən siyasət və investisiyaların gücləndirilməsinə ehtiyac artmaqdadır. “Beynəlxalq Gənclər Günündə, mən hökumətləri, özəl sektoru, vətəndaş cəmiyyəti və elm dünyasını gənc insanlara qapı açmağa və gənclər tərəfindən idarə olunan təşkilatlar ilə tərəfdaşlığı gücləndirməyə çağırıram. Bu eranın böyük ziyana doğru və ya daha çox müsbət istiqamətdə hərəkət edib etmədiyini gənclər müəyyən edə bilər”, - deyə baş katib qeyd edib.
XS
SM
MD
LG