Accessibility links

BMT-nin İranla bağlı hesabatında azərbaycanlılardan da söz açılıb


BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid

Sənəddə deyilir ki, ölkədə milli, dini azlıqlara, o cümlədən azərbaycanlılara və ərəblərə qarşı zorakılıqlar, təzyiqlər geniş vüsət alıb,

BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid oktyabrın 11-də yeni hesabatını təqdim edib.

“Media forum” saytının məlumatına görə, hesabatda İranda azərbaycanlılara qarşı təzyiqlərdən də söz açılır, bildirilir ki, bu ölkədə milli, dini azlıqlara, o cümlədən azərbaycanlılara və ərəblərə qarşı zorakılıqlar, təzyiqlər geniş vüsət alıb, xristianlar, bəhailər, digər dini qruplar, məzhəb qrupları ağır təzyiqlərə məruz qalır.
Hesabatda İranda edamların da artdığı vurğulanır.
Əhməd Şəhid deyib ki, İranda insan hüquqlarının vəziyyəti son dərəcə acınacaqlıdır. O, İran hakimiyyətini qadınlara, milli və dini azlıqlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.
XS
SM
MD
LG