Accessibility links

BMT: İran etnik azlıqlara qarşı təzyiqləri dərhal dayandırmalıdır


un
un

BMT Baş Assambleyası İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyası dekabrın 20-də İranda insan hüquqlarının pozulmasını məhkum edən qətnaməni səsə qoyub. “Media forum” saytının məlumatına görə, Kanadanın təklifi ilə səsə qoyulan qətnaməni 86 nümayəndə dəstəkləyib. 32 nümayəndə əleyhinə səs verib, 65 nəfər bitərəf qalıb.

Qətnamədə deyilir ki, son vaxtlar İranda dinc siyasi fəallara qarşı işgəncə və edamlar artıb, söz və ifadə azadlığı məhdudlaşdırılıb, dini və etnik azlıqlara, o sıradan da bəhailərə qarşı təzyiq və təqiblər geniş vüsət qalıb: “İran hakimiyyəti ölkədə siyasi fəallara, jurnalistlərə, hüquq müdafiəçilərinə, eləcə də dini və etnik azlıqlara qarşı təzyiqi dərhal dayandırmalı, insan hüquqlarına riayətlə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir”.
XS
SM
MD
LG