Accessibility links

BMT İran hökumətini Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb


BMT-nin binası

BMT-nin binası

Müxalifət liderləri 2009-cu il prezident seçkilərindən sonra ev dustağıdır

BMT-nin İnsan Hüquqları üzrə İşçi Qrupu İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin qeyri-qanuni həbsdə saxlanmasını kəskin pisləyib.

APA agentliyinin məlumatına görə, qurum İran hökumətini bu özbaşınalığa dərhal son qoymağa və M. Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və M. Kərrubini azadlığa buraxmağa çağırıb. BMT-nin İnsan Hüquqları üzrə İşçi Qrupu hər üç şəxsin heç bir ittiham irəli sürülmədən və məhkəmənin qərarı olmadan yerli və beynəlxalq qanunlara zidd olaraq həbsdə saxlanıldığını bildirərək, bu addımı insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

M.Musəvi və M.Kərrubi İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinə ölkə müxalifətindən namizəd kimi qatılıblar. Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə etiraz etdikdən sonra onlar ev dustağıdır.
XS
SM
MD
LG