Accessibility links

BMT Baş Assambleyası Avrasiya Rabitə Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib


un

un

Qətnamə təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycan hökuməti tərəindən irəli sürülmüş Avrasiya Rabitə Alyansının (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması ilə bağlı təşəbbüsü dəstəkləyən qətnamə qəbul edib.

Qətnamə “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)” nın tikintisinin dəstəklənməsini nəzərdə tutur. Azərbaycan “EuraCA”-nı yaratmaq təşəbbüsünü bu ilin avqustunda irəli sürüb və bu alyansın əsas məqsədi “TASİM” layihəsinin həyata keçirilməsi prosesini sürətləndirməkdir.

“TASİM” layihəsi Azərbaycanın, 2008-ci ilin noyabrında telekommunikasiya və informasiya texnologiyaları üzrə “Bakutel-2008” beynəlxalq sərgi- konfransı çərçivəsində, çıxış etdiyi əhəmiyyətli regional təşəbbüslərdən biridir.

Layihənin yaradılması ilə bağlı “Bakutel -2008” sərgi-konfransı çərçivəsində xüsusi bəyannamə qəbul edilib.

Layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Layihənin ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

Xatırladaq ki, 2009-cu il dekabrın 21-də BMT Baş Assambleyasının 64-cü sessiyasında “TASİM” layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və birlikdə qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında “TASİM” layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib.
XS
SM
MD
LG