Accessibility links

BMT:Dəməşq ətraflarında vəziyyətin nəzarət altına alınmasına ehtiyac var

  • Amerikanın səsi

BMT-nın müşahidəçi missiyasının üzvü Niraj Sing bildirib ki, Dəməşq ətraflarında vəziyyətin nəzarət altına alınmasına ehtiyac var. BMT-nin Təhlükəsizlik Şurası müşahidəçi missiyasına 300 nəfər təyin edib. Həftə sonunadək onların 30 nəfəri Suriyada olacaq, 100 nəfəri isə bir ay ərzində ölkədə missiyalarına başlayacaq.

Fransa isə missiyanın dərhal genişləndirilməsinə çağırır. Fransanın xarici işlər naziri Alen Juppe 15 gün ərzində missiyanın bütöv kontinqentinin işə başlamasını tələb edir.

İnsan hüquqları müdafiəçiləri təhlükəsizlik qüvvələri tərəfindən 27 mülki vətəndaşın öldürüldüyünü bildirir.
BMT Suriyada münaqişənin baş qaldırmasından bəri 9 min , fəallar isə 11 min adamın öldürüldüyünü təxmin edir.

XS
SM
MD
LG