Accessibility links

BMW tormoz sistemindəki problemə görə təxminən 350 000 avtomobili geri götürür


BMW tormoz sistemindəki problemə görə təxminən 350 000 avtomobili geri götürür
BMW tormoz sistemindəki problemə görə təxminən 350 000 avtomobili geri götürür

BMW məlumat verir ki, bu, könüllü geriyə qaytarma prosesidir və tormozla əlaqədar xəsarətlər haqda heç bir məlumat daxil olmayıb

Almaniyanın lüks BMW maşın istehsalçısı tormoz sistemindəki problemə görə satılmış təxminən 350 000 avtomobili geri götürür. Şirkət bildirib ki, 2002-ci və 2008-ci illərdə istehsal edilmiş 5-ci, 6-cı və 7-ci seriya avtomobillər və 2003-cü 2010-cu illər arasında istehsal edilmiş Rolls-Royce Phantom modelləri də potensial olaraq bu problemə məruz qala bilər. BMW məlumat verir ki, bu, könüllü geriyə qaytarma prosesidir və tormozla əlaqədar xəsarətlər haqda heç bir məlumat daxil olmayıb. Avtomobillərin tormoz sistemində sızmanın yaranması tormozun sıradan çıxmasına səbəb ola bilər. Şirkət mexaniki tormoz prosesinin zədələnmədiyini bildirib.

XS
SM
MD
LG