Accessibility links

Bob Dilan Amerikanın mədəni həyatına dərin iz qoyub


Bob Dilan Amerikanın mədəni həyatına dərin iz qoyub
Bob Dilan Amerikanın mədəni həyatına dərin iz qoyub

Yarım əsrlik fəaliyyətini Bob Dilan rok və folklor musiqiyə həsr edib, müğənni, bəstəkar və qiyamçı kimi tanınıb

Müğənni, bəstəkar, görkəmli xadim və qiyamçı Bob Dilan kimi Amerikanın mədəni həyatına dərin iz qoyan olmayıb. Yarım əsrlik fəaliyyətini Bob Dilan rok və folklor musiqiyə həsr etmiş, həm şair həm də füsunkar bir insan olmuşdur.

Müharibələrə qarşı “Blowin in the wind” himninin artıq 50-dən çox canlı ifası və albomlarda səslənməsinə baxmayaraq, Bob Dilanın bu mahnısı bu gün də məşhurdur.

Minnesota ştatının otra sinif yəhudi ailəsində 1941-ci il may ayının 24-də anadan olan Robert Allen Zimmerman dünyada sadəcə olaraq “Dilan” kimi tanındı. Yeniyetmə yaşlarında Dilan bluz, xalq mahnıları və rok musiqisinin pərəstişkarı idi. O, oxuduğu məktəbin “The Shadow Blasters” qrupunda çalırdı. Dilan əfsanəvi Vudi Qatrini özünə ideal seçmişdi, onun “This Land is your Land” adlı mahnısını dinləyirdi.

O zamanlar xalq mahnıları ifaçıları əsasən Amerikanın keçmişindən bəhs edirdilər. Dilan “The times they are a chagin” adlı ilk klassik mahnısını 1963-cü ildə bəstələmişdi. Bu mahnısı ilə o, o zamankı solçuların sosial hərəkatını tərənnüm edirdi.

Dilan başqa sahələdə də novator idi. 1965-ci ildə Dilanın çıxış etdiyi Nyuport Folk Festivalında onun pərəstişkarları daha da artdı. Bundan sonra o, mübahisələr doğuran“Like a Rolling Stone" adlı mahnısını yazdı.

Tənqidçilər onun mahnılarının reallıqla əsatir, gündəlik həyatla keşmiş arasındakı təzadları əks etdirdiyini deyirlər.

XS
SM
MD
LG