Accessibility links

İŞİD-ın mövqelərinə qarşı 8 hava hücumu həyata keçirilib


ABŞ rəsmiləri koalisiya qüvvələrinin qırıcı təyyarələrinin İslam Dövlətinin Suriyadakı hədəflərinə qarşı hava hücumlarını davam etdirildiyini bildirir.

İŞİD-ın mövqelərinə qarşı 8 hava hücumu həyata keçirilib. Hava zərbələrinin 6-sı Kobanidəki mövqeləri hədəf alıb.

Amerikanın Səsinin Türkiyənin sərhədyanı bölgəsində olan müxbiri Skott Bobb bildirib ki, səhər saatlarında sakitlik olsa da, günortadan başlayaraq pulemyot və artilleriya hücumları vüsət alıb.

Kürd mənbələrinin bildirdiyinə görə, Kobanidə vəziyyət bir qədər düzəlib və kürd döyüşçüləri yaxınlıqdakı kəndlərin nəzarətini geri almağa hazırlaşır.

Kobaninin nəzarəti uğrunda döyüşlər bir aydan çoxdur davam edir.

XS
SM
MD
LG