Accessibility links

Azərbaycan vətəndaşları Bosniya və Hersoqovinaya vizasız gedəcək


Viza
Viza

Bosniya və Herseqovina Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Report agentliyinin məlumatına görə, bu qərar Bosniya və Herseqovina Nazirlər Şurasının iclasında qəbul olunub.

Qərara əsasən, Bosniya və Herseqovina 10 ölkə ilə viza rejimini aradan qaldırıb. Həmin ölkələr sırasına Azərbaycan da daxildir.

Beləliklə, Azərbaycan vətəndaşları Bosniya və Herseqovinada 90 gün müddətində vizasız qala biləcəklər.

XS
SM
MD
LG