Accessibility links

ABŞ-ın təyyarə istehsalçısı Boeing İranın Aseman Hava Yolları Şirkətinə 30 ədəd 737 MAX təyyarəsinin satılacağını bəyan edib. Müqavilə 3 milyard dollar dəyərindədir.

Bu, şirkətin 2015-ci il nüvə razılığından sonra İrana ikinci təyyarə satışıdır.

IranAir dekabr ayında $16.6 milyardlıq müqavilə ilə 80 ədəd təyyarə almışdı.

Aseman Hava Yolları təyyarələri 2022-ci ildən etibarən almağa başlayacaq.

Müqavilə ABŞ hökumətinin təsdiqini əldə etməlidir.

Bu şirkət İranda daxili və beynəlxalq uçuşlar həyata keçirir.

Avropa İttifaqı təhlükəsizliklə bağlı şirkətin uçuşlarına dekabr ayında qadağa tətbiq edib.

Boeing müqavilənin 18 min yeni iş yerinin açılmasına xidmət edəcəyini bildirir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG