Accessibility links

Boeing şirkəti yeni 787 tipli sərnişin təyyarəsini sınaqdan keçirib.

ABŞ-ın aviasiya şirkətinin Vaşinqton ştatında yerləşən zavodunda istehsal edilmiş yeni 787-9 tipli təyyarə Boeing-in təyyarə meydançasından havaya qalxıb. Şirkətin yüzlərlə işçisi ilk uçuşu maraqla izləyib.

Yeni tipli təyyarə Boeing-in 787-9 orijinal təyyarəsindən altı metr daha uzundur və ondan daha çox sərnişin daşıya bilər. Boeing rəsmiləri həmçinin bildirib ki, Dreamliner adlanan və yanacağa daha çox qənaət edən yeni təyyarə daha çox yük daşıma və uzağa uçma qabiliyyətinə malikdir.

Sınaq uçuşu və sertifikat aldıqdan sonra 787-9 təyyarəsi gələn il iyun ayında müştərilərin xidmətinə veriləcək. Təyyarənin ilk uçuşunun Yeni Zellandiya hava yolları tərəfindən həyata keçirilməsi gözlənilir.

Orijinal 787-8 təyyarəsi istehsal problemlərinə görə üç il gecikmədən sonra 2011-ci ilin sentyabr ayında istifadəyə verilmişdi.
XS
SM
MD
LG