Accessibility links

ABŞ Senatının şam ağacının işıqları yandırıldı


Capitol Christmas Tree

Capitol Christmas Tree

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Con Beyner Vaşinqtonda şam ağacı işıqlarının yandırılmasına yardım edib. İllik şam ağacının işıqlarının yandırılması mərasimində Konqresin digər üzvləri də iştirak edib.

27 metr hündürlüyündəki Elgelman şam ağacı Vaşinqton ştatının Kolvil Milli Qoruğundan gətirilib. Bu, Kapitoliyə gətirilən ikinci ən hündür ağacdır.

"Vaşinqtonun Gözəl Təbiətindən Pay" adı ilə bu ağacı ölkədən müxtəlif bölgələrindən gəlmiş uşaqlar 5 min ornamentlə bəzəmişlər.

Kapitoli binası qarşısında şam ağacı işıqlarının yandırılması mərasimi ilk dəfə 1964-cü ildə keçirilib.
XS
SM
MD
LG