Accessibility links

Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)


Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)
Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)

Vaşınqtonun siyasi dairələrində borc limiti barədə mübahisələrin intensivləşdiyi bir vaxt bəzi amerikalılar da öz büdcələrini tənzimləməkdə çətinlik çəkdiklərini deyirlər.

Landşaft dizayneri Kreyq Ledermen deyir ki, bir çox amerikalının maliyyə uçurumuna düşməyə nə qədər yaxın olduqları ağıllarına belə gəlmir. Onun da ağlına gəlmirdi. Lakin sığorta şirkərinin keçmiş işçisi artıq öz təcrübəsindən bunu bilir. Böhran başlayanda o, satışdan faiz gəliri əldə edə bilmir və onun pulu qurtarır.

Kreyq Ledermen: `Mən artıq bir dəfə müflis olmuşam və evimi itirmişəm. Çox stresli və dözülməz təcrübədir. Geri baxarkən şəxsi maliyyə haqda biliyimin az olmasının iflasa uğramağıma səbəb olduğunu gördüm.`

Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)
Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)

İndi ofis işini bir cüt çəkməyə dəyişərək o, yeni biznesi üçün kiraladığı kiçik qrupla bərabər armud ağaclarının dibini, alağ otlarını təmizləyir. İsti yay günlərində Merilend ştatının Qlindon şəhərində Vaşınqtonun borc limiti mübahisəsi yada da düşmür. Amma cənab Ledermen üçün bu məsələ çox mühümdür.

Kreyq Ledermen:`Federal hökumət adi ailələr üçün pis model rolunu oynayır.`

Ledermen deyir ki, buna səbəb hökumətin özünü borclarla maliyyələşdirməsi və sahibi olmadığı pulları xərcləməsidir. Yağış Ledermeni işini müvəqqəti olaraq dayandırmağa vadar edir və o bizimlə bərabər əyləşərək maliyyələşdirdiyi evi necə geri qaytardığı barədə danışır.

Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)
Böhrandan zərər çəkmiş bəzi amerikalılar büdcələrinə nəzarət etməyə çalışır (video)

Kreyq Ledermen:`Deməli, mən həftə ərzində nə edirəm? Hər həftə mən biznes xərclərimi və bütün gəlirlərimi qeyd edirəm və mən gəlirdən xərcləri çıxaraq vəziyyət haqda xəbərdar oluram.`

İqtisadiyyatçılar bunu sadə büdcə hesablaması adlandırır. Bu, Ledermenə maliyyə müflisliyindən yaxa qurtarmaqdan tutmuş yeni avadanlıq mübadiləsi taktikalarına qədər bir çox işlərdə kömək edib. Bu üsulla o, tədricən borcdan çıxa bilib. Ledermen hətta başqalarına onları işə götürməklə yardım edir.

Kreyq Ledermen: `Gecə başımı yastığa qoyub yatanda heç bir borcum olmadığını düşünəndə mənə qüvvə gəlir. Mən qarşımda irəliyə gedən yolu görürəm.`

Ledermen dinləmək istəyən hər bir kəsə, hətta dinləmək istəməyənlərə də deyir: `Hər birimiz borcdan çıxa bilərik.`

XS
SM
MD
LG