Accessibility links

Xarici İşlər Nazirliyi "Yeni Musavat"ı təkzib etdi [Video]


Qəzet XİN-in kadr siyasətini tənqid edən, rüşvətdə günahlandıran, qanunsuz olaraq məmur övladlarını işə götürməkdə ittiham edən məktub dərc edib

“Yeni Müsavat” qəzetinin bugünki nömrəsində dərc edilmiş anonim müəllifin Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) korrupsiya və peşəkar kadrların çatışmamazlığı haqqında məqaləsi böhtan və cəfəngiyyatdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu yazıdakılar sadəcə “cümə axşamı söhbətləridir”, o istehza ilə qeyd edib.
Qəzetdə dərc olunan məktubun müəllifinin anaonimliyi ilə bağlı danışarkən Abdullayev deyib ki, anonim müəllif “diplomatik xidmətdə özünü təsdiq etməyi bacarmayan və XİN-ə ləkə yaxmağa çalışan uğursuz insan”dır.

Xatırladaq ki, qəzetin yazdığına görə məqalənin anonim müəllifi XİN-in keçmiş işçisidir. O, qəzetə nazirlikdə korrupsiya sistemi, böyük rüşvət müqabilində təyinatlar və irəli çəkilmələr, vəzifəli şəxslərin sui-istifadəsi, kadrların seçimi sisteminin nöqsanları və s. haqqında danışıb.
XS
SM
MD
LG