Accessibility links

271 Rusiya atletinə Rioda yarışmağa icazə verildi; 118-i xaric edildi


1912-ci ildən bəri Rusiya yarışlarda ən kiçik komanda ilə təmsil olunacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 217 Rusiya atletinin cümə günü Rio de Janeyroda başlayacaq Yay Olimpiya Oyunlarında iştirakına icazə verib. Rusiyalı atletlərin bu oyunlarda iştirakı ölkə miqyasında baş qaldıran dopinq qalmaqalından sonra sual altında idi.

Mənim fikrimcə Rusiya komandasından şəffaf və diqqətlə idarə olunan ikinci bir kamanda yoxdur

BOK qərarını cümə axşamı oyunların başlanmasına 24 saatdan az bir müddətin qaldığı zaman açıqlayıb.

“Mənim fikrimcə Rusiya komandasından şəffaf və diqqətlə idarə olunan ikinci bir komanda yoxdur,” deyə Rusiya Olimpiya komitəsinin prezidenti Aleksandr Jukov bəyan edib.

Lakin 118 rusiyalı atletin yarışlarda iştirakına qadağa qoyulub ki, bu da 1912-ci ildən bəri Rusiyanın yarışlarda ən kiçik komanda ilə təmsil olunacağı deməkdir.

Beynəlxalq müşahidəçilər Rusiyada idmanın korrupsiyaya uğradığını və dopinq hallarının kütləvi hal aldığını hesab edir.

Beynəlxalq müşahidəçilər Rusiyada idmanın korrupsiyaya uğradığını və dopinq hallarının kütləvi hal aldığını hesab edir.

Bu ilki yarışmada Rusiyanın yüngül atletika, avarçəkmə və ağır atletika komandaları iştirak etməyəcək.

BOK hələ də Rusiya atletlərinin işlərini araşdırır. Oyunların sonunadək bəzi digər atletlərin oyunlarda iştirakına icazə verilə bilər.

Rusiya Rio Olimpiya Oyunlarında iştirak üçün siyahıya 389 atletin adını daxil edib.

XS
SM
MD
LG