Accessibility links

Niger Müdafiə Nazirliyinin verdiyi məlumata görə, dünən Boko Haram terror qruplaşmasının yüzlərlə üzvünün Nigeriya ilə sərhəddəki Bosso qəsəbəsinə hücumu zamanı 30 Niger və 2 Nigeriya əsgəri öldürülüb.

Bu, 2015-ci ilin aprelindən bəri Boko Haramın həyata keçirdiyi ən ağır itkili hücumdur. O zaman qruplaşmanın hücumu nəticəsində 28-i mülki vətəndaş olmaqla 74 nəfər həlak olmuşdu.

Dünənki hücum zamanı 7-si Niger və 8-i Nigeriyadan olmaqla 15-dən çox əsgər isə yaralanıb. Hücumun hərbi məntəqəyə qarşı həyata keçirildiyini bildirən nazirlik habelə bir neçə terrorçunun öldürüldüyünü bildirib.

Bosso qəsəbəsinin daxil olduğu Diffa regionunda Boko Haramın digər məkanlardakı zorakılıqlarından qaçan qaçqınlar və məcburi köçkünlər yaşayır. Region dəfələrlə terrorçuların hücumlarına məruz qalıb.

XS
SM
MD
LG