Accessibility links

Boko Haram - hücumlar necə həyata keçirilir? [Video]


2014-2015-də nigeriyalı terror qrupu Boko Haram şimal-şərqi Nigeriyanın böyük hissəsini ələ keçirdi və orada dini dövlət elan etdi. Amerikanın Səsinin əldə etdiyi gizli “Terrorun ifşası” adlı video silsilənin növbəti hissəsində terrror qrupunun uğursuz hücumu göstərilir.

Şimal-şərqi Nigeriyada yerləşən ucqar kənddən kənarda Boko Haram döyüşçüləri hücuma hazırlaşır.

Allah buyurur ki, ən yaxşı şəhidlər cəbhə xəttində döyüşənlərdir. Onlar öldürülməyənədək geri çəkilmirlər.

Onların hədəfi: ağır silahlı yük maşınları və tanklar tərəfindən müdafiə olunan hərbi sığınacaqlardır.

2013-cü ildən bəri terror qrupu ölkənin şimal-şərqində hökümətə və mülki vətəndaşlara qarşı bir sıra hücumlar həyata keçirib.

Döyüşlər zamanı əsgərlər, terrorçular və günahsız mülki vətəndaşlar daxil olmaqla 18 min nəfər ölüb.

Boko Haram tərəfidnən lentə alınan lakin heç bir zaman ictimailləşdirilməyən bu video eksklüsiz olaraq Amerikanın Səsi tərəfindən ələ keçirilib.

Videoda Boko Haramın hücumları və qrupla yolu kəsişən nigeriyalın başlarına gələcən ölümcül nəticələr göstərilir.

Peyk görüntülərinə əsasən Amerikanın Səsi hücumun Boko Haramın 2014-2015-ci illərdə fəaliyyət göstərdiyi ərazidə yerləşən Banki şəhərində baş verdiyinə inanır.

Döyüşdən öncə, döyüşçülər əllərində tüfənglər və tank əleyhinə qumbaları toplayır.

Boko Haram militantlarının silahları

Boko Haram militantlarının silahları

Onların çoxu kəndlərindən Boko Harama qoşulmaq üçün çağırılan gənc kişirlədir. Bəziləri hətta yeniyetmələrdir.

Komandirlər onlara ərəb və yerli kanuri dilində müraciət edir və onları öldürməyə və ölməyə hazırlaşdırır.

“Allah buyurur ki, ən yaxşı şəhidlər cəbhə xəttində döyüşənlərdir. Onlar öldürülməyənədək geri çəkilmirlər,” bir komandir deyir.

“Biz onları öldürəcəyik və onlar da bizi öldürəcəklər. Amma unutmayın ki, biz onlardan fərqliyik,” bir digər komandir deyir.

İslamın Boko Haram tərəfindən təhrif edilmiş versiyasında, kafirlər ölməyə layiqdir.

Hücuma dörd komandir başçılıq edir – onlar bura Boko Haramın yüksək komandanlığından göndərilib.

Biz onları öldürəcəyik və onlar da bizi öldürəcəklər. Amma unutmayın ki, biz onlardan fərqliyik.

Qoşunlar yola düşür, daha sonra isə hərbi sığınacaqların yaxınlığındakı evlərin aralarında gizlənir.

Hədəf qum dünləri, səngər və divarla möhkəm müdafiə olunur.

Boko Haramın videoqrafı baş verənləri cəbhə xəttinin gerisindən çəkir. Silahlı atışma başlayır, daha sonra isə çaşqınlıq yaranır.

Tanklar girişi qoruyur.

Hücumçular təyyarə əleyhinə silahı işə salmağa çalışır

Hərbi sığınacaqlardan isə ağır cavab atəşi gəlir.

Atışma azalır, daha sonra isə tamailə kəsilir. Hücumçuların bəziləri qaçır.

İllər boyu Boko Haram döyüşçüləri Nigeriyanın pis təchiz edilmiş qarnizonlarını dağıdıb.

Amma bu qoşunlar döyüşdə öz güclərini göstərə bildi.

Çiboklu məktəbli qızlar

Çiboklu məktəbli qızlar

Boko Haramın itkiləri artır və hərbi sığınacaqlar güclü müdafiə olunmağa davam edir.

Videonun növbəti hissəsində militantlar zibilləri eşir. Onlar yerli liderdən yemək, pul və digər dəyərli əşyalar barədə soruşur.

“Mən yemək və ya pul paylamıram. Mənim heç nəyim yoxdur, hətta telefonum belə.”

Militantlar heç bir mərhəmət göstərmir. Sorğu-sual edilən yeli lider və digərəri öldürülür.

Bu mənzərə şimal-şərqdəki nigeriyalılara çox tanışdır.

Zorakılıq və edam - Boko Haramın imzasıdır.

Boko Haramın şimal-şərqdəki zorakılıq kampaniyası milyonlarla insanın həyatlarını məhv edib, başqalarını didərgin salıb, ərazidəki sosial nizamı dağıdıb.

XS
SM
MD
LG