Accessibility links

Boko Haramın cinayətləri yeni videolarda [Video]


Boko Haramın cinayətləri yeni videolarda
please wait

No media source currently available

0:00 0:03:55 0:00

Nigeriyada Çibok məktəbində yüzlərlə qızı qaçıran terrorçu Boko Haram qrupu ilə 7 ildir gedən münaqişədə 18 mindən çox insan ölüb. Boko Haramın dəst-xətti onun gizli qalmasıdır. Amerikanın Səsi bu qrupun Nigeriyada törətdiyi vəhşiliklərini nümayiş etdirən və indiyədək göstərilməyən gizli videolar əldə edib.

Nigeriyanın Borno ştatında Kumşe kəndi. Bu balaca, toz basmış kənddə səhərdir. Dünyanın ən qorxulu terror qruplarından biri burada qorxu və ölüm dərsinə hazırlıq görür.

Bu video heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib. Videoda Boko Haram silahlılarının İslam dinini təhrif edərək, din adından kəndliləri döyməsi və qətlə yetirməsi göstərilir. Amerikanın Səsinin əldə etdiyi bu 18 saatlıq video görüntülər Boko Haram tərəfindən çəkilıb və qrupun zorakı mahiyyətini göstərir. Yeddi ildən çoxdur Boko Haram Nigeriya və qonşu ölkələrdə 18 mindən çox insanı qətlə yetirib.

Bu bir qaydadır, hər kəs onların qurduğu məhkəməyə məcburi tamaşa etməlidir. Hakim 3 nəfərdən Bokor Haramın narkotik maddə alveri haqda ittihamını və ölüm hökmünü qəbul edib-etmədiklərini soruşur. Onlardan birincisi, Qamba Əbba adlı şəxs bunu inkar edir.

İnsanlar “Allah böyükdür” deyir. Hər kəs bunu deməlidir, əks təqdirdə onlar məhkuma yazıqları gəldiyi üçün xain adlandırıla bilər.

Məhkum olunanlar ittihamı rədd edir. Onlar edam olunan zaman əlləri bağlı olmalıdır. O biri şəxslər də narkotik maddə istifadə etməkdə ittiham edilir və hakim bir də bunu etsələr onların qətlə yetiriləcəyini deyir. Onlar bu dəfə döyülməklə cəzalandırılır.

Bundan sonra birinci məhkumun adı çağırılır. Ona dəri qamçı ilə 10 şallaq vurulur və hər şallaq vurulduqca oraya toplaşanlar “Allahu Əkbər” deyir.

Beləliklə, həm yaşlı, həm uşaq eyni cəzanı alır. Bu 30 dəqiqədən çox davam edir. İnsanlar sonadək buna tamaşa etməlidir. Boko Haramın əmiri deyilən şəxs Qambo Əbbaya yaxınlaşaraq, onun cənnətə düşməsi üçün dua edir. Arxada duran şəxs isə Kalaşnikov avtomatını onun ürəyinə tuşlayır.

Növbəti məhbus gəlib, sakitcə qətlə yetirilən şəxsin yanında uzanır. Üçüncü məhbus da güllə ilə vurularaq, öldürülür. Bundan sonra Boko Haram üzvləri dizlərini yerə qoyub, torpağı öpməyə başlayır.

Boko Haramın qanun kitabında mərhəmətə yer yoxdur. Cəlladlardan biri kütləyə üz tutaraq, “biz Allahın hökmünü yerinə yetiririk” deyir.

Videodakı vaxt göstəriciləri qətllər və döyülmə hallarının 2014-cü ildə baş verdiyinə işarə edir. O zaman Boko Haram Kumşeyə nəzarət edirdi. Son il ərzində Nigeriya hərbi qüvvələri Kumşeni və başqa kəndləri azad edib. Lakin Boko Harm hələ də ucqar yerlərdə məskunlaşıb. Yeddi il sürən döyüşlər nəticəsində 2 milyondan çox nigeriyalı yerlərindən didərgin düşüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG