Accessibility links

Nigeriyada oğurlanmış qızların yerini deyənə 300 min dollar mükafat veriləcək


Nigeriya polisi yaraqlıların oğurladığı 276 məktəbli qızın tapılmasına kömək edənlərə 300 min dollar təklif edir.

Nigeriya polis qüvvəsi bildirib ki, mükafatı qızların xilas edilməsinə gətirib çıxaran etibarlı məlumatı verən şəxs alacaq.

Məlumat vermək üçün telefon nömrəsi Nigeriya polisinin veb səhifəsində yerləşdirilib. Polis qəbul edilən məlumat və məlumatı çatdıran şəxsin kimliyinin tam məxfi saxlanılacağını bildirib.

İslamçı yaraqlı Boko Haram qrupu qızların oğurlanmasına görə məsuliyyət daşıdığını və qızları satmaq məqsədi ilə oğurladıqlarını deyib.

Birləşmiş Ştatlar xilasetmə səylərinə yardım etmək üçün kəşfiyyat və hüquq-mühafizə orqanlarının ekspertlərinin Nigeriyaya göndəriləcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG