Accessibility links

Nigeriyada qızların qaçırılmasından bir il keçir


Nigeriya hərbi qüvvələri bildirib ki, militant qrupun nəzarətində olan qəsəbələrin yenidən geri alınmasına baxmayaraq keçən il Boko Haram qrupu tərəfindən qaçırılan 200 məktəbli qızın harada olduğu haqda məlumat əldə edilməyib.

Ordu rəhbəri general Kennet Minimah jurnalistlərə bildirib ki, hərbi qüvvələr qızlar haqda məlumat əldə etmək üçün ərazilərdəki sakinlərə müraciət edib.

Boko Haram qrupu bir il əvvəl orta məktəbdən qızları qaçırmışdı. Bu hadisə beynəlxalq qınaqa səbəb olmuş və hökumət rəsmiləri qızların yerinin müəyyən edilməməsi səbəbi ilə tənqidlərə məruz qalmışdı.

General Minimah mətbuat konfransında deyib ki, Boko Haram militant qrupu hazırda üç dövlət ərazisinə nəzarət edir. Hökumət qüvvələri militant qrupu Yobe və Adamava ştatlarından çıxarıb.

Nİgeriya generalı digər üç vilayət- Qvoza, Kalabaldi və Abadamın da tezliklə azad ediləcəyinə ümid bəslədiyini bildirib.

Mart ayının 28-i Nigeriyada parlament və prezident seçkiləri gözlənilir. Seçkilər fevral ayında ölkənin şimal-şərqində Boko Haram qrupunun hücumları səbəbi ilə təxirə salınmışdı.

XS
SM
MD
LG