Accessibility links

Nigeriyanın yaraqlı Boko Haram qrupunun Borno ştatının Maiduquri şəhərində keçirdiyi hücum zamanı 13 nəfər qətlə yetirilib. Hücum zamanı 17 nəfərdən çox adam yaralanıb.

Sakinlərdən biri gecə 40 dəfə partlayış səsi eşitdiyini və üsyançıların raketlərdən atəş açdığını deyib.

Şahidlərin sözlərinə görə, hücumdan sonra silahlı gənclər Boko Haram yaraqlılarının irəliləməsinə mane olmaq üçün küçələrə çıxıb.

Maiduquridə hücumdan əvvəl Boko Haram yaraqlıları qəsəbənin 270 kilometrliyində yerləşən kəndi bombalayıb. Hücum zamanı yedi adam həyatını itirib, onlarla adam yaralanıb.

XS
SM
MD
LG