Accessibility links

Kamerunda intiharçı hücumları


Kamerunda intiharçı hücumları azı 19 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olub.

Ordu rəsmiləri bildirib ki, iki nəfər Meme şəhərində bazara daxil olaraq üzərilərindəki bombanı partladıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin hücumun Boko Haram qrupu tərəfindən törədildiyi ehtimal edilir.

Boko Haram 2013-cü ildən bəri Kamerunun şimalında 1000 nəfərdən çox insanı öldürüb.

Kamerun Boko Haram qrupuna qarşı regional mübarizədə iştirak edir. Bu həftənin əvvəli Kamerun bildirib ki, əsgərləri Nigeriyanın şimal-şərqi Qoşi şəhərini Boko Haram qrupundan azad edib və 160 yaraqlını öldürüb.

BMT və Amnesty International-a istinadən 6 illik mövcudluğu ərzində Boko Haramın 20 min insanın qətlinə və 2.5 milon insanın evindən didərgin düşməsinə səbəb olduğu bildirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG