Accessibility links

Boko Haram tərəfindən oğurlanan qız xilas edilib


Nigeriya ordusu bildirib ki, iki il əvvəl Boko Haram yaraqlıları tərəfindən məktəbdən oğurlanan ikinci qız xilas edilib.

Ordu sözçüsü polkovnik Sani Osman emaillə göndərdiyi yazıda qızın adının Serah Luka və onun Adamava ştatının Madaqali şəhərindən olduğunu bildirib. Hərbiçilər qızın foto-şəklini yayıb. Şəkildə qız Boko Haram qrupunun yaydığı videodakı oğurlanmış qızlar kimi uzun göy rəngli hicabdadır.

Bu qız 2014-cü ildə oğurlanmış 219 qızdan ikincisidir.

Çərşənbə axşamı 19 yaşlı Əminə Əli 4 aylıq uşağı ilə birgə Borno ştatının Sambisa meşəsində tapılıb. Hazırda Əminə Nigeriya hərbi rəsmilərə ifadə verir.

Əminə və onun anası çərşənbə günü prezident Muhammadu Buhari ilə onun Abujadakı iqamətgahında görüşüb. Prezident hökumətin yerdə qalan Çibok məktəbli qızların xilas edilməsi üçün əlindən gələni etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG