Accessibility links

Kamerun bildirir ki, Boko Harama qarşı mübarizə aparan çoxmillətli birgə qüvvələr Nigeriyadakı Kumçenin ənənəvi idarəçisi Bokar Kaou da daxil olmaqla radikal islamçı qrupun 5 liderini ələ keçirib. Reyd zamanı onlarla terrorçu öldürülməklə yanaşı, 60-dan çox qadın və uşaq isə azad edilib.

Kamerunun kommunikasiya naziri və hökumət sözçüsü İssa Tçiroma deyib ki, birgə qüvvələrin minə yaxın əsgəri mayın 10-12 aralarında Boko Haramın Davavaya meşəsindəki bazalarına sistematik reyd təşkil edib. Reydlər keçirilən ərazi Kamerunun şimal sərhədlərindən təxminən 7 kilometr aralıda keçirilən reydlər zamanı Boko Haramın 58 yaraqlısı öldürülüb.

Tçiromanın sözlərinə görə, Boko Haramın əsirliyində saxlanan 3-ü kamerunlu olmaqla 15 qadın və 28 uşaq azad edilərək Kameruna aparılıb. O bildirib ki, çoxsaylı silah-sursat isə müsadirə və məhv edilib.

Nazir Boko Haramın çoxsaylı tərəfdarları ilə yanaşı, terrorçu qrupun 5 liderinin də ələ keçirildiyini bildirib. Həbs edilən liderlər arasında Kumçenin ənənəvi lideri və terrorçu qrupun əmiri də var.

XS
SM
MD
LG