Accessibility links

Azərbaycan Ağır Atletika Federasiyası 500 min dollar cərimələnib


Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF)
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF)

Buna idmançıların dopinqdən istifadə etməsi səbəb olub

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) icra şurası yekdilliklə Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimə etməyi qərara alıb.

IWF-nin rəsmi saytının məlumatına görə bu ağır cəza Azərbaycan ağır atletlərinin dəfələrlə dopinq tətbiq etməkdə ifşa edilməsi ilə əlaqədar qəbul edilib.

IWF Azərbaycan Federasiyasını idmançıların, məşqçilərin və həkimlərin iştirakı ilə bu faktları araşdırmağa çağırıb.

IWF təqsirsiz idmançıların zərər çəkməməli olduğuna əsaslanır və buna görə Azərbaycan Federasiyası IWF-yə üzvlükdən çıxarılmayacaq. Lakin 6 ay ərzində bu cərimə ödənilməlidir. Buna qədər Azərbaycan nümayəndələri IWF-nin təqvim yarışlarında iştirak edə bilməcəyəklər, deyə məlumatda bildirilir.

Məlumatda dopinq tətbiq edən konkret idmançıların adları açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovdur.
XS
SM
MD
LG