Accessibility links

Musiqili hind filmləri ilə dünyaya səs salmış Bollywood kino sənayesi bu günlərdə 100 illiyini qeyd edir.

Bollywood özünün romantik, ekstravaqant filmləri ilə təkcə Hindistanda deyil, dünyanın bir çox ölkəsində də tanınlır. Amma onun əsas missiyası kinosevər hindistanlıların təlabatını ödəməkdir.

1913-cü ildə hind əsatirindən kral Raca Harişandra haqda ağ-qara filmi ekrana çıxdıqdan bəri Bollywood uzun yol qət edib.

Şirin mahnılar və rəqs nömrələri ilə kinosevərlərin qəlbində yer almış filmləri ilə Bollywood Hindistanın ən dominant film sənayesidir.

Hər il Hindistan 1000-dən artıq film istehsal edir və ölkədə 3 milyard kino bileti satılır.

Sovet dönəmində siyasi senzura ucbatından Azərbaycanda xarici filmlər arasında əsasən hind filmləri geniş yayılmışdı. 1980-ci illərin "Disko Rəqqası", "Qığılcım", "Əlibaba və Qırx Quldur", və "Əbədi Məhəbbət Nağılı" kimi filmlərindən olan musiqi parçaları hələ də Azərbaycanda bir çoxları tərəfindən sevə-sevə dinlənilir.



XS
SM
MD
LG