Accessibility links

Bolqarıstanda İsrail turistlərini daşıyan avtobusda partlayış baş verib


Bulgaria Israelis Attacked
Bulgaria Israelis Attacked
Bolqarısrtanda İsrail turistlərini daşıyan avtobusda partlayış nəticəsində altı nəfər həlak olub, təxminən 30 adam yaralanıb.

Partlayış paytaxt Sofiyadan 400 kilometrlik məsafədə yerləşən Burqas şəhərində baş verib. Polis hadisə yerinə yaxın başqa avtobusların da zədələndiyini bildirib.

İsrail rəsmiləri partlayışa İranı ittiham edib. Xarici İşlər naziri Aviqdor Liberman deyib ki, Bolqarıstan rəsmiləri nazirliyə partlayışa avtobusda yerləşdirilmiş bombanın səbəb olduğunu deyib.

Hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İsrail turistlərinə qarşı Hindistan, Tailand və başqa yerlərdə həyata keçirilmiş hücumlar onların arxasında İranın dayandığına işarə edib.

ABŞ prezident Barak Obama hücumu qınayaraq, bunu terror aktı adlandırıb.
XS
SM
MD
LG