Accessibility links

Bolqarıstanda etirazlar Milli Təhlükəsizlik rəhbərinin istefasına səbəb olub


Bolqarıstan
Bolqarıstan
Bolqarıstan parlamenti ölkənin yeni formalaşan hökumətinə qarşı kütləvi etiraz aksiyalarına son qoyacağı ümidi ilə ölkənin Milli Təhlükəsizlik İdarəsinin rəhbərini vəzifəsindən azad edib.

Cümə günündən bəri minlərlə bolqarıstanlı paytaxt Sofiya və digər şəhərlərdə başlayan etiraz aksiyalarında Sosialistlərin başçılıq etdiyi koalisiyanın istefasını tələb edirlər. Koalisiya heç bir müzakirə aparmadan parlamentin üzvü Delyan Peevskini təhlükəsizlik xidmətinə rəhbər seçməklə öz etibarlılığına xələl gətirib.

32 yaşlı Pevskinin təhlükəsizlik sahəsində heç bir təcrübəsi yoxdur və Bolqarıstan mətbuatının verdiyi məlumata görə o, anasının sahibi olduğu qəzet və televiziya kanallarının daxil olduğu nüfuzlu media şəbəkəsinə nəzarət edir.

Siyasi analitiklər deyir ki, Peevskinin bu vəzifəyə təyinatı Bolqarıstan dövlət idarələrində şəxsi maraqların nə dərəcədə dominantlıq etməsinə daha bir misaldır.

Sosialistlər Peevskinin yerinə digər şəxsin gətirilməsinə dair ictimai konsultasiyalar təşkil etməklə yanaşı, qanunun aliliyinə dair narahatlıqlara səbəb olan köhnəlmiş seçki sistemini yeniləmək barədə razılığa gəlib.

Növbəti addımı parlament atıb, belə ki, onlar hökumətin planını dəstəkləyərək kasıblara kömək etmək üçün oktyabrdan minimum əmək haqqını və təqaüdləri artırmağı planlaşdırırlar.

Bolqarıstanda aylıq orta əmək haqqı təxminən 400 avro, təqaüdlər isə 200 avro təşkil edir.
XS
SM
MD
LG