Accessibility links

Bolqarıstan prezidenti miqrantın ölümünə görə üzr istəyib


FILE - President Rosen Plevneliev of Bulgaria addresses attendees during the 70th session of the United Nations General Assembly at the U.N. headquarters in New York, Sept. 30, 2015.

FILE - President Rosen Plevneliev of Bulgaria addresses attendees during the 70th session of the United Nations General Assembly at the U.N. headquarters in New York, Sept. 30, 2015.

Bu, ilin əvvəli qaçqın böhranı başlayandan bəri sərhəd keşikçisi tərəfindən öldürülən ilk miqrantdır

Bolqariya prezidenti Rosen Plevnelyev Bolqarıstan sərhəd polisi tərəfindən əfqan qaçqının vurulması il bağlı “dərin təəssüf hissi keçirdiyini” bildirib və deyib ki, bu hadisə Avropa İttifaqının qaçqın böhranına həll tapması üçün cəld hərəkət etməli olduğunu göstərir.

Cümə günü Plevneliyev müxbirlərə bildirib ki, o, Avropa İttifaqını “böhranın köklərinə qarşı həll yollarını tapmaq üçün sürətli vahid tədbirləri həyata keçirməyə, sığınacaq axtaranları isə Bolqarıstan və Avropa qanunlarına hörmət etməyə çağırır.

Bolqarıstan daxili işlər nazirinin sözlərinə görə, öldürülən qaçqın cümə axşamı Türkiyə sərhədində patrul tərəfindən görülən 50 miqrantdan ibarət qrupun tərkibində olub. Nazirlik rəsmisi Georgi Kostov deyib ki, polis zabitləri havaya xəbərdarlıq atəşi açıblar və güllələrdən biri ehtiyatsızlıqdan miqranta dəyib və onu yaralayıb. O, daha sonra aldığı yaradan xəstəxanada keçinib.

Bu, ilin əvvəli qaçqın böhranı başlayandan bəri sərhəd keşikçisi tərəfindən öldürülən ilk miqrantdır.

Bu arada isə Avropa Birliyi ölkələri miqrant axınının qarşısını almaq məqsədilə Türkiyə ilə tədbirlər planını təsdiqləyib.

Bu plana əsasən Türkiyə qaçaqçılara qarşı tədbirlər görməyə və milyonlarla qaçqının Avropaya daxil olmasının qarşısını almağa razılaşıb.

Avropa Birliyi isə Avropaya ziyarət etmək istəyən Türkiyə vətəndaşları üçün viza prosesini sürətləndirəcəyini və Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlara başlayacağını vəd edib.

XS
SM
MD
LG