Accessibility links

Əfqanistanda Qurban bayramı zorakılıqlarla müşayiət edilir


Afghanistan Governor
Afghanistan Governor
Əfqan rəsmiləri bildirir ki, ölkənin şimal Loqar vilayətinin qubernatoru bomba partlayışı nəticəsində həyatını itirib.

Viilayət rəsmiləri deyib ki, bomba partladığı vaxt qubernator Arsala Camal məscitdə Qurban bayramını münasibəti ilə təbrik çıxışı edirmiş. Partlayış nəticəsində qubernator həyatını itirib və bir neçə adam yaralanıb. Verilən məlumata görə partlayıcı qurğu qubernatorun mikrafonunun altına yerləşdirilib.

Camal prezident Həmid Karzay tərəfindən bu posta təyin olunmuşdu. O, bu vəzifəyə qədər Xost vilayətinin qubernatoru vəzifəsində işləyib.

Hadisənin məsuliyyətni üzərinə götürən olmayıb.
Lakin Taliban döyüşçüləri NATO hərbi qüvvələrinin 2014-cü ildə ölkədən tam çıxarılması qərarından sonra hökümət rəsmiləri və əfqan təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını artırıb.
XS
SM
MD
LG