Accessibility links

Hər il 372 min insan boğulma səbəbi ilə dünyasını dəyişir


Ümumdünya Səhiyyə Təşkilatı uşaqlar və gənclər arasında ölüm hallarına ən çox boğulmanın səbəb olduğunu bildirir.

Təşkilatın bununla bağlı ilk hesabatıbda deyilir ki, hər il 372 min insan boğulma səbəbi ilə dünyasını dəyişir. Bu halların 90 faizi aşağı v orta gəlirli ölkələrdə qeydə alınır.

Ən yüksək göstəricilərə Afrika, Cənub-şərqi Asiya və Qərbi Sakit okeanı regionu malikdir.

Hesabatda deyilir ki, ölənlərin yarıdan çoxunu 25 yaşından aşağı gənclər və 5 yaşından aşağı uşaqlar təşkil edir. Oğlanların boğulmaq riski qızlardan 2 dəfə çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatından doktor Etin Kruqun dediyinə görə, hər günün hər saatında fəlakətlər və ya başqa səbəblərdən 40 adam boğulur.

“Bunlar əsasən vannalar, su kanalları, çaylarda boğulan uşaqlar, balıqçılar, qayıqları batan çoxlaylı miqrantlardır.”

Ümumdünya Səhiyyə Təşkilatının alimi və hesabatın müəllifi Devid Meddinqin dediyinə görə, yoxsul ölkələrdə boğulma halları daha yüksək olur. “İnkişaf etmiş ölkələrdə su ilə əlaqə üzmək, istirahət ,sərinləmək üçündür. Lakin aşağı gəlirli ölkələrdə insanlar üçün su işlətmələri, bişirmələri, balıqçılıq kimi ailələrini dolandırmaları üçündür.”

Meddinqs son 70-80 il ərzində zəngin ölkələrdə boğulmadan ölüm hallarının kəskin şəkildə azaldığını deyir.

Ümumdünya Səhiyyə Təşkilatı hökumətlər və icmaları sadə və ucuz xəbərdarlıq ölçüləri ilə boğulma hallarına mane olmağa çağırır.

XS
SM
MD
LG