Accessibility links

ABŞ-da borc limitini qaldırmaq səyləri davam edir (YENİLƏNİB)

  • Amerikanın səsi

Nümayəndələr Palatasının Respublikaçı spikeri John Boehner

Nümayəndələr Palatasının Respublikaçı spikeri John Boehner

A White House spokesman says he has no progress to report on a deal to slash spending and avoid a possible default on the country's massive debt. But it also guaranteed the country will pay its bills on time.

Obama administrasiyasının sözçüsü Jay Carney müxbirlərə deyib ki, Ağ Ev əmindir ki, Konqres ölkənin 14.3 trilyon dollar həcmində ümummilli borc limitini avqustun 2-də qoyulmuş möhlətədək qaldıracaq.

Bu arada ABŞ-da ən qüdrətli qanunvericilərdən biri prezident Barak Obamanı xərcləmələri kəskin azaltmağa və dövlətin müflisləşməsinin qarşısını almağa çağırıb. Nümayəndələr Palatasının spikeri John Boehner müxbirlərə bildirib ki, cənab Obama liderlik nümayiş etdirməli və problemin həll yolunu arzulamaqla kifayətlənməməlidir.

ABŞ prezidenti Barak Obama və Konqres üzvləri ölkənin borc limitini qaldırmağın yollarını aramaqda davam etdirirlər. Fəlakətli müflisləşmədən qurtulmaq üçün siyasi liderlərin 2 avqustadək möhləti var.

Prezident Obama deyir ki, o, hökumət defisitlərini azaltmaq üçün sövdələşmə əldə edə biləcəyinə ümid bəsləyir. Amma cənab Obama borc tavanını qaldırmaq üçün müvəqqəti razılığa açıq olduğunu bildirib.

ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, borc tavanını qaldırmamağın nəticələri o qədər fəlakətlidir ki, tərəflər hökmən bir razılığa gəlməlidirlər. Bu arada özəl şirkətlər və dövlət qurumları "ən pis ssenari"yə hazırlaşırlar. Bəzi firmalar qiymətli kağızları satır, başqa investisiya fondları isə nağd pul toplayırlar.

XS
SM
MD
LG