Accessibility links

Moskvada yüzlərlə insan fevral ayında Kreml yaxınlığında qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun ölümünün 40-cı günü onun xatirəsini anıb.

İnsanlar Nemtsovun qətlə yetirildiyi körpüdə toplaşıb, hadisə yerinə gül dəstələri qoyub.

Körpüyə gələn insanların sayının artdığını görən polis ətrafda barrikadalar yerləşdirib. Moskva vaxtı ilə səhər saat 11-də Boris Nemtsovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminə gələn müxalifət liderləri körpünün “Nemtsov körpüsü” adlandırılmasına, ya da orada daimi xatirə lövhəsinin yerləşdirilməsinə çağırıb. Millətçilər mart ayında körpüdəki müvəqqəti xatirə lövhəsini dağıdıblar.

Müxalifət liderləri həmçinin Boris Nemtsovun qətli ilə əlaqədar hökumətin apardığı istintaqın gedişinə dair skeptik münasibət bildirb.

Müxalifət lideri Vladimir Rıjkov istintaqın gedişindən narazılığını bildirib. O, Boris Nemtsovun öldürüldüyü yerdə 18 kameranın mövcud olduğnu və kameraların təhlükəsizlik xidmətinin nəzarətində olduğunu deyib.

Ölümündən öncə Boris Nemtsov Rusiyanın Ukraynada silahlı müdaxiləsinə dair mühüm hesabat üzərində işləyirdi.

Boris Nemtsovun yaxın dostlarından biri olan İlya Yaşin hesabatın bitirilməsi üzərində işləyir. O, hesabatın aprel ayının sonuna qədər təqdim edəcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG