Accessibility links

Boris Nemtsovun qətlindən bir il ötür TV [Video]


Rəsmilər Nemtsovun xatirəsinin yad edilməsinin qarşısını almağa çalışırlar.

Rusiya prezidenti Vladimir Putinin tənqidçiləri müxalifət lideri Boris Nemtsovun qətlinin ildönümünü qeyd edir. Nemtsov Kreml yaxınlığında arxadan güllə ilə vurularaq öldürülmüşdü. Qətldə şübhəli bilinən beş nəfərdən birinin Çeçenistan lideri Ramzan Kadırova sadiq təhlükəsizlik batalyonunun komandir müavini olmasına baxmayaraq, rusiyalı prokurorlar bu beş şübhəli ilə bağlı istintaqı Kadırovu sorğu-sual etmədən bitiriblər. Eyni zamanda, rəsmilər Kadırovun digər müxalifət liderlərinə qarşı hədələrini də əhəmiyyətsiz qoyur və Nemtsovun xatirəsinin yad edilməsinin qarşısını almağa çalışırlar.

Nemtsovun cinayət işi həll olunmayıb. Təkcə qatillər tapılıb, bu cinayətin əsl təşkilatçıları isə hələ də tapılmayıb. Bütün izlər Çeçenistana aparır

Fevralın 27-də qətlə yetirilmiş Rusiya müxalifət lideri Boris Nemtsovu anma mərasimi onun ən son yürüyüşünü xatırladacaq- 2014-cü ildə Rusiyanın Ukraynadakı müharibəsinə etiraz olaraq keçirdiyi yürüyüşü.

Onun bir il əvvəl möhkəm mühafizə olunan Kreml yaxınlığında amansız şəkildə qətlə yetirilməsindən sonra on minlərlə insan Moskva küçələrinə axışdı.

Rusiya rəsmiləri Nemtsovun öldürülməsi ilə bağlı istintaqın başa çatdığını desə də, onun tərəfarları fərqli düşünür.

“Nemtsovun cinayət işi həll olunmayıb. Təkcə qatillər tapılıb, bu cinayətin əsl təşkilatçıları isə hələ də tapılmayıb. Bütün izlər Çeçenistana aparır.”

Şübhələr Ramzan Kardırov üzərinə yönəlib. Onun qatillərlə əlaqəsi olduğu bildirilir və o hətta şübhəli şəxslərdən birinə dəstəyini də ifadə edib.

Lakin prezident Vladimir Putinin yaxın müttəfiqi olan Kadırov heç bir zaman istintaq tərəfindən dindirilməyib.

“Əksinə rəsmi istintaq bizi Kremlin bir neçə metr yaxınlığında Rusiya müxalifət liderinin öldürülməsinin bir sürücü tərəfindən təşkil oldunduğuna inandırmağa çalışır. Bu, şübhəli şəsxlərin məhkəmə prosesinə hazırlaşan müstəntiqlərin hazırladığı rəsmi mövqeyidir.”

Nemtsovun ölümündən üç ay sonra Kara-Murza birdən komaya düşdü. O, təcili göstərilən müalicə nəticəsində sağalsa da, prezident Vladimir Putin əleyhinə çıxışlarına görə zəhərləndirildiyinə inanır.

Kreml isə Putinin tənqidçilərinə qarşı hədələrin olduğuna dair iddiaları rədd edib. Bu hədələrə Kadırovun bu yaxınlarda sosial mediada müxalifət liderlərini snayperin hədəfində göstərən videonu paylaşması daxildir.

“Belə görünür ki, Putinin tərəfdarları qanundan üstündür. Bizim hazırda Rusiyada üzləşdiyimiz de-fakto vəziyyət dəhşətlidir.”

O tipik Rusiya siyasətçisi deyildi, o açıqürəkli, cəsur, vicdanlı və qüsursuz bir insan idi.

Moskva rəsmiləri Nemtsovun öldürüldüyü körpüdə anım yürüşüyünə icazə verməyiblər.

Buna baxmayaraq, könüllülər petisiya imzları toplayır və müvəqqəti xatirə lövhəsini qoruyurlar.

“O tipik Rusiya siyasətçisi deyildi, o açıqürəkli, cəsur, vicdanlı və qüsursuz bir insan idi. Bu səbəbdən də biz burada onun xatirəsini qoyurub saxlamalıyıq.”

Kreml tərəfdarları isə tez-tez oradakı gülləri dağıdıb, portretləri sındırır. Könüllülər iddia edir ki, bunu etməyə onlara yaxınlıqdakı polis yardım edir.

XS
SM
MD
LG