Boris Nemtsovun qətlindən bir il ötür
Rusiya prezidenti Vladimir Putinin tənqidçiləri müxalifət lideri Boris Nemtsovun qətlinin ildönümünü qeyd edir. Nemtsov Kreml yaxınlığında arxadan güllə ilə vurularaq öldürülmüşdü. Qətldə şübhəli bilinən beş nəfərdən birinin Çeçenistan lideri Ramzan Kadırova sadiq təhlükəsizlik batalyonunun komandir müavini olmasına baxmayaraq, rusiyalı prokurorlar bu beş şübhəli ilə bağlı istintaqı Kadırovu sorğu-sual etmədən bitiriblər. Eyni zamanda, rəsmilər Kadırovun digər müxalifət liderlərinə qarşı hədələrini də əhəmiyyətsiz qoyur və Nemtsvoun xatirəsinin yad edilməsinin qarşısını almağa çalışırlar.