Accessibility links

Tələblər nəzərə alınacaq, fəhlələr işə başlayıb

Martın 18-də dəniz neft platformaları istehsal edən BOS SHELF müəssisəsinin 800-ə yaxın işçisi əmək haqqının artırılması və tibbi sığorta ilə təmin olunma tələbi ilə tətilə başlayıb.

Tətilçilərin dediyinə görə, əmək haqqı 500 manatdır və onlar əmək haqlarının 800-900 manatadək qaldırılmasını tələb edirlər. Onların sözlərinə görə, müəssisənin xarici menecerləri 15-30 min manat alırlar.

İşçilər həmçinin onlara tibbi sığortanın verilməsini tələb edirlər. Rəhbərlik fəhlələri işə başlamağı razı salmağa çalışır, tələblərə baxılacağını vəd edir.

“Ancaq biz buna inanmırıq və yüksək səviyyədə yazılı zəmanət tələb edirik”, - mənbə vurğulayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı işçilərin tələblərini ədalətli hesab edir. Onun sözlərinə görə, neft sektoru işçilərinin əmək haqları demək olar ki, iqtisadiyyatın digər sahələrindən fərqlənmir.

Müəssisə Bakının Qaradağ rayonunda dərin özüllər zavodunun yaxınlığında yerləşir. Müəssisə 2001-ci ildə SOCAR və Star Gulf Fzco tərəfindən paritet əsaslarla yaradılıb. Hazırda səhmlərin 96%-dən çoxu SOCAR-a keçib.

Son məlumatlara görə, müəssisənin rəhbərliyi tələblərin nəzərə alınacağına söz verib və fəhlələr iş yerinə qayıdıb.
XS
SM
MD
LG