Accessibility links

Bosniya-Herseqovinada Bosniya serb qüvvələri tərəfindən 8 min müsəlman kişi və oğlannın öldürüldüyü Srebrenitsa soyqırımının 17-ci ildönümünü qeyd edilir.

Ölkə boyu insanlar II Dünya Müharibəsindən bəri Avropanın ən böyük qətliyamı hesab edilən Srebrenitsa soyqırımının ildönümünü qeyd etmək üçün Bosniyanın şərqindəki bu şəhərə toplaşıb.

Kimliyi bu yaxınlarda müəyyən edilmiş 520 qətliam qurbanı bu gün xüsusi mərasim zamanı torpağa tapşırılacaq. Təşkilatçılar 30000-dən çox insanın mərasimdə iştirak edəcəyini ehtimal edir.

ABŞ prezidenti Barak Obama Srebrenitsada baş vermiş faciəni dünyanı şoka salan soyqırım aktı adlandırıb. Prezident Obama Srebrenitsa qırğının soyqırım olduğunu danan bütün səyləri rədd edən bəyanat imzalayıb.
XS
SM
MD
LG