Accessibility links

BMT məhkəməsi iki serb zabit haqda bəraət hökmü çıxarıb



BMT məhkəməsi 1990-cı illərdə Balkan müharibəsi zamanı müharibə cinayətləri törətməkdə ittiham edilmiş iki serb zabit haqda bəraət hökmü çıxarıb.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın hakimləri prokurorların Serbiyanın əks-kəşfiyyat idarəsinin keçmiş başçısı Yovitsa Stanisiç və onun keçmiş müavini Franko Simatoviçin Xorvatiya və Bosniyada müharibə cinayətlərində əli olduqlarına dair kifayət qədər dəlil irəli sürmədikləri haqda qərar çıxarıb.

Prokurorlar məhkəminin qərarını apellyasiya edə bilərlər.

Bəraət hökmü BMT-nin müharibə cinayətlərinə dair məhkəməsinin altı bosniyalı xorvat siyasətçi və hərbi lideri Yuqoslaviyanın bölünməsi zamanı Bosniya müsəlmanlarının qətli, zorlanması və sürgün edilməsində günahkar tanımasından bir gün sonra çıxarılıb.

Hakimlər mərhum prezident Franyo Tucman da daxil olmaqla, Xorvatiya liderlərinin Bosniyada mini xorvat dövlətinin yaradılması planları daşıdığını bildiriblər.
XS
SM
MD
LG