Accessibility links

Bosniyada mütəşəkkil cinayətkarlığa qarşı mübarizə gücləndirilib


Hədəf cinayətkar qruplar, narkotiklərin qanunsuz dövriyyəsi və quldurluqdur

Bosniya rəsmiləri ölkə boyunca mütəşəkkil cinayətkarlığa, cinayət törətməkdə şübhəli bilinən qruplara, narkotiklərin qanunsuz dövriyyəsinə və quldurluğa qarşı genişmiqyaslı əməliyyat başlayıb.

Bosniya-Hertsoqovina dövlət təhlükəsizlik agentliyinin rəhbəri Qoran Zubakın mətbuat nümayəndələrinə bildirdiyinə görə, bu, 1995-ci ildə Bosniya müharibəsi bitəndən bəri mütəşəkkil cinayətkarlığa qarşı ən geniş əməliyyatdır. O, Serbiya hüquq-mühafizə orqanlarının istintaqa yardım göstərdiyini bildirib.

Qoran Zubak bildirib ki, istintaqa cəlb olunanlar arasında müharibədən sonra mütəşəkkil cinayətkarlıqda əsas fiqura çevrilən və 2007-ci il qətliamında şübhəli bilinən Bosniya müsəlmanları sərkərdəsi Ramiz Delalic də var.

Yerli mənbələr istintaqa cəlb olunan bəzi bizneslərin kosovolı biznesmen Nasir Kelmendiyə məxsus olduğunu bildiriblər. O, Birləşmiş Ştatların sanksiyalarına məruz qalıb və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlərin siyahısındadır.
XS
SM
MD
LG