Accessibility links

Boston və Texas partlayışlarının şahidi oldu, heç bir xəsarət almadı


Joe Berti

Joe Berti

Co Berti özünü şanslı hesab edir

Boston marafonundakı bomba partlayışı Co Berti finiş xəttini keçdikdən sonra baş verib. Həftənin əvvəli Bostonda baş verən bombanın partlaması nəticəsində 3 nəfər ölüb və 180-dən çox insan yaralanıb. Xoşbəxtlikdən o heç bir xəsarət almayıb.

İki gün sonra o Texasda öz evində olarkən Vako şəhərinin yaxınlığında yeləşən gübrə zavodunda baş verən partlayışın şahidi olub. Partlayış 5 insan həyatına, 160-dan çox insanın yaralanmasına, bir neçə ev və məktəbin ziyan görməsinə səbəb olub. Xoşbəxtlikdən bu dəfə də o heç bir xəsarət almadan xilas olub.

O, Associated Press xəbər agentliyinə bildirib ki, dostları ondan özünü bəxtsiz hiss edib-etmədiyini soruşurlar. Ancaq o, hər iki partlayışdan da xəsarət almadan xilas olduğu üçün ozünü şanslı hesab etdiyini deyir.

Berti Boston marafonuna bir neçə ay hazırlaşıb və “uşaqların çempionluğu” xeyriyyə təşkilatı vasitəsilə yarışda iştirak edib.
XS
SM
MD
LG