Accessibility links

Ata Tsarnayev: "Övladlarım aldadılıb!"


Əslən Çeçenistandan olan ailə, hazırda Dağıstanda yaşayır

Hal-hazırda Dağıstanda yaşayan Boston hadisəsində şüphəli bilinən Tamerlan və Cövhər Tsarnayevlərin atası Anzor Tsarnayev Assosiated Press xəbər agentliyinə telefon müsahibəsində oğlunun çox ağıllı, intellektual və mələk kimi bir uşaq olduğunu deyib.

“O tibb sahəsində təhsilini davam etdirirdi. Onlar yay tətilində Dağıstana gələcəkdilər” - deyə ata Tsarnayev bildirib.

Anzor Tsarnayev uşaqlarının aldadıldığını, böyük oğlunun ölümünü televizyadan gördüyünü deyib və başqa informasiya verməyərək, "mənim oğlum öldürülüb" deyərək telefonu əsəbi şəkildə qapadıb.

Çeçenistan liderinin sözçüsü deyib ki, Tsarnayevlər ailəsi Çeçenistanı çoxdan tərk ediblər. Onlar Mərkəzi Asiyaya, daha sonra isə Dağıstana köçüblər.

Mahaçqaladakı 1 nömrəli məktəbin direktoru İrina Bandurina Cövhər Tsarnayevin əvvəllər bu məktəbdə oxuduğunu təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG