Accessibility links

Boston bomba hücumları və Tsarnayev qardaşlarının dini baxışları [Video]


Boston bomba hücumlarında şübhəli bilinən Tsarnayev qardaşlarının dini baxışları
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Tsarnayev qardaşları Boston yaxınlığında Kembric şəhər məscidinə gedirdi. Bostonda bomba hücumlarında şübhəli bilinənlər Massuçusets ştatında Kembric şəhərindəki məscidi ziyarət edirdilər. Bostonda marafon zamanı törədilmiş bomba partlayışları zamanı dörd nəfər həyatını itirib, 170 nəfər yaralanıb. Şübhəlilərdən biri polis təqibi zamanı ölüb, o biri isə şəhər xəstəxanasındadır.

Hadisə yerindən çəkilmiş foto-şəkillərdə bomba hücumlarında şübhəli bilinən iki gənc göstərilir. Fotolardan birində isə əldəqayırma bombanın gizlədildiyi çanta da görünür.

Fotolarda beysbol papağı taxmış 19 yaşlı Cövhər Tsarnayev polislə atışmadan sonra Boston xəstəxanasında saxlanılır. Federal hökumət ona qarşı kütləvi qırğın silahlarından istifadə ittihamı irəli sürsə, o, ölüm hökmü ala bilər. Cövhərin qardaşı Tamerlan bomba hücumlarından dörd gün sonra polis tərəfindən qətlə yetirilib.

Tamerlan Tsarnayev Boston yaxınlığındakı Kembric şəhər məscidində bəzən namaz qılmağa gəlirdi. Məscidin müdiriyyəti onun bir dəfə Şükranlıq gününün qeyd edilməsi, bir dəfə də ABŞ-ın Müstəqilliyi günü ilə əlaqədar məsciddə mübahisə etdiyini xatırlayır. Sonuncu dəfə o, Martin Lüter Kinq günü mübahisə edib.

Boston islam cəmiyyətinin üzvü Ənvər Kazmi: “Moizə edən şəxs Martin Lüter Kinqin Məhəmməd peyğəmbər kimi insanları ruhlandırdığına dair bir parallel apardı və belə görünür, Tamerlan bundan təhqir olundu. O, ayağa qalxıb buna etiraz etdi.”

Məscid müdiriyyətinin sözlərinə görə, Tamerlan vaizi “insanların beynini zəhərləyən kafir adlandırıb. Bu zaman məsciddə toplaşanlar onun getməsini istəyiblər və o da məscidi tərk edib.

YouTube-da Tamerlana məxsus olduğu deyilən səhifədə cihada-müqəddəs müharibəyə çağırış edilən videolar yerləşdirilib.

Tsarnayev qardaşları Birləşmiş Ştatlara gəlməmişdən əvvəl Rusiyanın Dağıstan respublikasında yaşayıblar.

Onların valideynlərinin hələ də Dağıstanda evi var. ABŞ rəsmiləri Tamerlanın keçən il Dağıstana səfər etdiyini bildirir.

Bölgə islam dövləti yaratmaq istəyən yaraqlıların məskunlaşdığı bir yerdir və əhali hər gün törədilən zorakılıqlara adət edib.

Qaliya Süleyman Tsarnayevlərin atasının qonşuluğunda yaşayır. “Hər zaman partlayışlar olur, buraya həmişə cinayətkarlar gəlir. Mən Tsarnayevləri yaxşı qonşu kimi tanıyıram, başqa heç bir şey bilmirəm”-deyə o bildirir.

Üzünü göstərmək istəməyən müsəlman fəal Anvor deyir ki, o, Tsarnayev qardaşlarının müharibə gedən vətənlərində deyil, Bostonda marafonda bomba partlatmlarının səbəbini başa düşə bilmir. Anvor: ”Nə islam, nə radikal islam, nə də ki, suflik və hətta şiəlikdə Bostonda baş verənlərə bəraət yoxdur. Buna heç bir bəraət yoxdur.”

Başqalarının fikrincə, Birləşmiş Ştatlar gələcəkdə hücumların qarşısını almaq üçün taktikanı dəyişməlidir.

Rayan Mauro tolerantlığı təbliğ edib, radikal islamı sınağa çəkən qrupun üzvüdür. O, Skype vasitəsilə Amerikanın Səsinə müsahibə verib. Rayan Mauro: “Biz taktikadan daha çox ideologiya məsələsinə diqqət verməliyik. İdeologiya ilə mübarizə aparmayana qədər, hazırda dünyada islam terrorizmi tendensiyası artacaq.”

ABŞ rəsmiləri Tsarnayev qardaşlarının təkbaşına hərəkət edib-etmədiyini, ya da xaricdə dəstək və təlim alıb-almadığını müəyyən etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG