Accessibility links



Bostonda marafon zamanı bomba partlatmaqda şübhəli bilinən Cövhər Tsarnayev gülcü mühafizə altında xəstəxanadadır, onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis Tsarnayevi bir gün sürən təqibdən sonra Boston ətrafında Votertaun şəhərciyində şəxsi evin həyətində bir qayıqda tapıb ələ keçirmişdi.

Təhqiqatçılar bildirir ki, ələ keçirildiyi vaxt aldığı yaralara görə çoxlu qan itirmiş Tsarnayev böyük qardaşı Tamerlanla bərabər keçən həftənin bazar ertəsi günü marafon zamanı üç adamın ölməsi, 176 adamın isə yaralanması ilə nəticələnmiş iki bomba partlayışını nə səbəblə həyata keçirdiyi haqda suallara cavab vermək iqtidarında deyil.

Federal təhqiqatçılar Tsarnayev əleyhinə hansı ittihamların irəli sürülməsini müəyyən etməyə çalışır.

Etnik çeçen olan Tsarnayev qardaşları Bostona uşaq ikən köçüblər. Ailə üzvləri və dostları onların insan ölümülə nəticələnmiş belə bir hücumu həyata keçirə bildiyinə inana bilmədiklərini deyir.
XS
SM
MD
LG