Accessibility links

Bostonda terror hücumu - 3 ölən var [Video]


Bu gün Boston marafonu zamanı baş verən partlayışlar nəticəsində çox sayda insan xəsarət alıb. İki nəhəng partlayış dağıntılara səbəb olmaqla yanaşı, böyük təlaş doğurub.

Son məlumatlara görə Boston marafonunun finiş xətti yaxınlığında baş verən partlayışlar nəticəsində azı 3 adam həlak olmuş, 132 adam yaralanmışdır. Ölənlər arasında 8 yaşlı oğlan usağı var.

Yaralananlardan azı 17-sinin vəziyyəti kritikdir. 25 nəfərin vəziyyəti ciddidir.

Xəsarət alanların çoxunda bombaya doldurulmuş iynələr və metal qırıntılar aşkar edilib.

Televiziya ilə nümayiş etdirilən kadrlarda insanların qan içərisində xəstəxanaya çatdırıldığı göstərilib.

ABŞ-ın şimal-qərbində yerləşən Boston şəhərində marafon illik tədbirdir ki, buraya dünyanın müxtəlif guşələrindən atletlər qatılır.

XS
SM
MD
LG